!9:04
Gürcüstanda seçkidə saat 17:00-a olan aktivliyin faizləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, indiyə qədər olan aktivlik 47,31 faiz olub. Məntəqələrdə 1 milyon 662 min 453 seçici səs verib.
Ən böyük aktivlik Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində (58%), Kvemo Kartli bölgəsinin Tsalka şəhərində (37%) qeydə alınıb.
Səsvermə prosesi saat 20:00-da başa çatacaq.
Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.
***
Prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı 11 qanun pozuntusu, 171 şikayət qeydə alınıb.
Daxili İşlər nazirinin müavini Natia Mezvrişvili bildirib ki, qanun pozuntularına yol vermiş şəxslər arasında həm hakim, həm də müxalif partiyanın nümayəndələri var: “Faktlar jurnalistə qarşı fiziki təhqirə yol verilməsi, bəzi seçki məntəqələrində fiziki qarşıdurma, eyni şəxsin təkrar səs verməsi, bir seçki məntəqəsində oğurluq və digər hallarla bağlıdır”.
www.yenicag.az