Gürcüstanda siyasi gərginlik ARTIR: Müxalifətin yeni planı sensasiyaya SƏBƏB OLDU

media-hightechnic-468x90

Gürcüstanda müxalifət ötənilki parlament seçkilərinin nəticələrinə etiraz etməkdə davam edir. Bu etirazlar artıq sadəcə simvolik deyil, hakim “Gürcü Arzusu” partiyasını devirmək və onun yerini siyasi arenada tutmaq üçün əsas vasitəyə çevrilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Radio Tavisupleba”nın analitik məqaləsində qeyd olunub.

Bildirilir ki, ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili hökumətə qarşı çıxan bütün qüvvələri daha radikal fəaliyyətə çağırıb. O, Belarus müxalifətinin yol verdiyi passiv davranış və yarım addımları təkrarlamamağı tövsiyə edib. Rusiya politoloqu Sergey Markedonov qeyd edir ki, Saakaşvilinin Belarus Prezidenti Lukaşenko ilə vaxtilə normal münasibətlərinin olmasına baxmayaraq, indi belə bəyanatla çıxış etməsi diqqət çəkir.

Saakaşvili hazırkı hökuməti “Rusiyaya yaxın” olmaqda ittiham etsə də, Markedonov bildirir ki, bu iddianı əsaslandıracaq ciddi sübutlar yoxdur. Gürcüstan nə Avrasiya İqtisadi İttifaqına, nə KTMT-yə yaxınlaşıb, nə də Abxaziya və Cənubi Osetiyadakı yeni reallıqları tanıyıb.

Gözləntilərə görə, ölkədə bu payız siyasi baxımdan gərgin keçəcək. Belə ki, oktyabrın 4-də yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək və müxalifət bu seçkilərdən genişmiqyaslı etiraz dalğası üçün istifadə etməyi planlaşdırır. Lakin bu dəfə müxalifət birgə deyil, parçalanmış şəkildə seçkilərə qatılacaq.

Keçmiş baş nazir Georgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan Uğrunda” və “Lelo – Güclü Gürcüstan” partiyaları seçkilər zamanı əməkdaşlığa dair memoranduma imza atıblar. Onlar əsasən qeyri-partiyalı namizədləri önə çıxarmağı düşünür.

Digər tərəfdən, “Milli Hərəkat” partiyası seçkiləri boykot etməyə hazırlaşır və bununla seçkilərin legitimliyinə ciddi zərbə vurmaq istəyir. Partiya hesab edir ki, hazırkı hakimiyyət dövründə azad və ədalətli seçki keçirmək mümkün deyil. Onlar Qərb, xüsusən ABŞ və Aİ-dən dəstək gözləyirlər. Aİ artıq bu yöndə müəyyən siqnallar versə də, bəzi ölkələr, məsələn, Macarıstan, Türkiyə və Slovakiya Gürcüstandakı siyasi proseslərə neytral yanaşırlar.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600