Gürcüstanda soydaşımızın qətlində şübhəli bilinən 5 nəfər saxlanılıb

media-hightechnic-468x90

teleqraf.com13976314171355163193_bicaq-qanli-eldeMartın 22-də Gürcüstanda öldürülən Qazax rayon sakini Nəriman Mustafayevin qətlində şübhəli bilinən 5 nəfər saxlanılıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-nin saytında bildirilib. Qeyd olunub ki, faktla bağlı Gürcüstan vətəndaşları olan 4 nəfər azərbaycanlı və bir nəfər gürcü saxlanılıb: “Kvemo-Kartli Regional Polis Əməliyyat-Axtarış Baş İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Çeyhun G., 1991-ci il təvəllüdlü Çərkəz M., 1988-ci il təvəllüdlü Adil K., 1985-ci il təvəllüdlü Zaur M. və 1987-ci il təvəllüdlü Merab M. qəsdən adam öldürmə və silahlı soyğunçuluq maddəsi ilə saxlanılıblar”.

İstintaq aydınlaşdırıb ki, martın 22-də 21.00-da Qırmızı Körpünün 97 kilometrliyində Tiflis markalı “Mercedes” avtomobilinin sürücüləri içində iki nəfər Azərbaycan vətəndaşı olan marşrut maşınını saxlayıblar. Sonra Nəriman Mustafayev bıçaqla vurulub və onun üstündəki 160 000 Azərbaycan manatı və 45 000 lari pul oğurlanıb. Hadisəni törədənlər qaçıblar. N. Musafayev yaralandıqdan sonra hadisə yerində ölüb.

Kvemo Kartli regional polis əməkdaşları cinayətkarları iki gündən sonra tutublar. Hadisə ilə bağlı Gürcüstan CM-nin 108-ci maddəsinin 179-cu bölməsi III hissəsi ilə (qəsdən qətl, silahlı soyğunçuluq) cinayət işi qaldırılıb, istintaq aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600