Gürcüstanda daha bir zəlzələ – YENİLƏNDİ

Gürcüstanda yerli vaxtla saat 14:55-də daha bir zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Zəlzələnin gücü 3,7 bal, episentri Oni şəhəri yaxınlığındakı Onçevi kəndində olub.

***

14:25

Gürcüstanın Oni şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri 6,56 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.