Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 57 əcnəbi deportasiya edilib

media-hightechnic-468x90

Son günlər ərzində Gürcüstanda 57 nəfər əcnəbinin ölkədə qanuni olma və yaşama qaydalarını pozması müəyyənləşdirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Hindistan, Tayland, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya edilib.

Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.

DİN-nin məlumatına əsasən, bu ilin yanvar ayında Gürcüstandan çıxarılan xarici vətəndaşların sayı 232 nəfər təşkil edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05