Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində YENİ YOLUXMA

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində koronavirusa yeni yoluxma halları təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Sərt karantin rejiminin tətbiq olunduğu kənddən iki gün öncə 21 sakinin bioloji materialı Tbilisiyə laboratoriyaya göndərilib.

Dörd nəfərin COVID-19-la bağlı testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslər özünütəcrid rejimində olublar.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 851 nəfər yoluxub. Onların 703-ü sağalıb, 14-ü isə vəfat edib./Report/

www.yenicag.az

299