!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın Müdafiə Nazirliyi ordu üçün ehtiyat xidmətin yeni konsepsiyasını hazırlayıb

!Reklam – Yazi

Gürcüstanın Müdafiə Nazirliyi Silahlı Qüvvələr üçün ehtiyat xidmətin yeni konsepsiyasını hazırlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeni konsepsiyada mülki və hərbi mükəlləfiyyətli vətəndaşların ehtiyat hərbi xidmətə çağırış qaydalarında, xidmət keçmənin növlərində, xidmətə çağırışla bağlı vətəndaşların yaş həddində dəyişikliklər nəzərdə tutulub.

Bu sənəddə ehtiyat hərbi xidmətə çağırılmanın vaxtı 18 yaşdan 55 yaşa qədər nəzərdə tutulub. Ehtiyat hərbi xidmətin vaxtı isə ildə 45 gün müəyyən olunub.

Sənəddə deyilir ki, fəal ehtiyat hərbi xidmətə çağırılanlar xidmət dövründə əmək haqqı da alacaqlar.

Fəal ehtiyat hərbi xidmət üç əsas komponentdən ibarət olacaq – Silahlı Qüvvələr üçün ehtiyat bölmələri, regional ehtiyat qüvvələr və ehtiyat mütəxəssislər.

Yeni konsepsiya yaxın günlərdə parlamentə təqdim olunacaq.

Yeniçağ.Az

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv