Hacı Məmmədov ailəsi ilə görüşmür

media-hightechnic-468x90

OYSm49N33Jfz“Hacı Məmmədov uzun müddətdir ki, ailə üzvləri ilə görüşmür. Səbəb onun ailə üzvləri ilə görüşdən şəxsi istəyi ilə imtina etməsidir”.

Bu barədə  Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elşin Behbudov verib. O bildirib ki, Məmmədov artıq uzun müddətdir özünün istəyi ilə heç kimlə görüşmür: “ O, artıq hamıdan imtina edib. Təkliyə qapanıb. Hesab edir ki, unudulub. Şəkər xəstəsidir. Özünü təbii yollarla müalicə edir. Onunla mən ayda bir dəfə prosedura uyğun olaraq nazirliyin istintaq təcridxanasında görüşürəm. Saxlanma şəraitindən şikayəti yoxdur. Amma nə özü danışmaq istəyir, nə də kiminləsə görüşmək görüşmək istəyir”.

Xatırladaq ki, bir çox ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirlyinin (MTN) istintaq təcridxanasında saxlanılır.

(azxeber.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600