Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hacı Muradın qəbrinin müəmması - Qəbir təcili yoxlanılmalıdır

Şeyx Şamilin naibi Hacı Muradın qalıqlarının Azərbaycandan çıxarılaraq, iyunun 2-də onun vətənində – Xunzax rayonunda dəfn edildiyi barədə xəbər yayılıb.

Dəfində iştirak edən şahidlər qalıqların Hacı Murada aid olduğunu desə də, Xunzax rayon administrasiyası məlumatı təkzib edib.

Yaranmış vəziyyətlə bağlı təhlükəsizlik eksperti İlham İsmayıl Yenicag.az-a açıqlama verib.

O bildirib ki, öncə Hacı Muradın qəbrini yoxlamaq lazımdır:

“Hacı Muradın qalıqları Azərbaycan dövlətindən xəbərsiz aparılıbsa, bu necə ola bilər? Lap aparılıbsa, Dövət Sərhəd Xidməti buna necə icazə verə bilər? Hacı Muradın qəbrin təcili yoxlamaq lazımdır. Ola bilsin ki, bu dezinformasiyadır.
Ancaq ora qazılıbsa və onun qalıqları aparılıbsa, təhqiqat aparılmalıdır. Əgər aparılıbsa, hökumətin icazəsi olubmu? Hacı Muradın qəbri belə desək, tarixi abidədir”.

İlham İsmayıl qeyd edib ki, əgər bu hadisə baş veribsə, cəzalandırılası adamlar var:

“İstər sərhədçilərdən, istərsə də yerli icra hakimiyyəti orqanlarından şəxslər cəzalandırılmalıdır”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

2898
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100