Reklam

Reklam

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə. Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Ə. Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Elbəy Mirzəyev məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə. Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1157
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."