!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıbala Abutalıbovdan növbəti sensasiyalı VİDEO - "Həcc ziyarətində beş milyon adam..."

!Reklam – Yazi

Sabiq Bakı meri Hacıbala Abutalıbov son vəzifəsindən (baş nazirin müavini) istefa ərizəsini yazıb getsə də, populyarlığını itirmir. Yenicag.az xəbər verir ki, mətbuatın daim diqqət mərkəzində olan Abutalıbov bu dəfə də iranlı mollalara verdiyi dərs ilə gündəmə gəlib.

Belə ki, sosial mediada rejissor Elçin Ağazadə tərəfindən paylaşılan videodan bəlli olur ki, Bakıda Heydər Məscidini ziyarət edən iranlı mollalar Hacıbala Abutalıbovla söhbət edirlər. Söhbət əsnasında Məkkədə şeytan daşlama ilə bağlı fikirlərini bildirən eks-mer ruhaniləri şeytanı mələyə çevirməyə səsləyir: “Beş milyon adam şeytana daş atır. Beş şeytanı mələyə çevirə biliblərmi?”

Daha sonra özünün belə bir qabiliyyətinin olduğunu qonaqların nəzərinə çatdıran Abutalıbov İrana dəvət olunur. Görünən odur ki, iranlı ruhanilər Hacıbala müəllimin bu yöndə zəngin təcrübəsini öyrənməyə qərar veriblər.

www.yenicag.az

4325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv