Hacılar bu tarixdə Azərbaycana qayıdacaqlar

media-hightechnic-468x90

Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, son qrup iyunun 6-da Məkkədən Mədinəyə hərəkət edəcək:

“Zəvvarlar Mədinədə üç gün qalacaqlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub.

İlk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçiriləcək. İyunun 7-si və 9-da isə zəvvarlar səhər və axşam reysləri ilə ziyarətlərini başa vuraraq Azərbaycana qayıdacaqlar”, – o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05