İnsan alverindən zərərçəkən və risk altında olan şəxslərə yardım göstərildi
Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində bu ilin ötən dövründə 23 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib.
Yenicag.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Onlardan 10-u insan alveri qurbanı, 13-ü isə insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdir.
Mərkəzdə sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyət tərəfindən həmin şəxslər üçün fərdi sosial reabilitasiya planı tərtib edilib və müvafiq tədbirlər həyata keçirilib.
Burada, həmçinin onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.













