!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda maşın aşdı: Ana və 5 uşaq yaralandı

!Reklam – Yazi

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar – Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Almaz Yolçiyevanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, A.Yolçiyeva qəzada xəsarət alan yeniyetmələr – G.Yolçiyeva və S.Yolçiyevanın anasıdır.

Faktla bağlı araşdırma aparılır. (APA)

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv