Hacıqabulda narkotik alverçisi yaxalandı

media-hightechnic-468x90

Hacıqabul rayonunda narkotik alverçisi yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa