Hadı Rəcəblinin “iftar süfrəsi” reklamı

media-hightechnic-468x90

1436364413_610x380x000elshad.jpg.pagespeed.ic.qhq_gtxdadMilli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin təşəbbüsü ilə Lənkəranda oruc tutan insanlar üçün açılmış iftar süfrəsindən çəkilmiş fotolar mətbuatda və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri isə paylaşılan fotoların altında “edilən əməllərin ən gözəli gizlin edilənləridir” məzmunlu şərhlər yazıblar.

1436364422_540x709x11721190_444582432416277_907601886_n.jpg.pagespeed.ic.vyykxafofw

Bəs din bu məsələyə necə baxır? Doğrudanmı Hadı Rəcəblinin verdiyi iftar İslam qaydalarına ziddir?

Ölkə.Az bu sualla tanınmış ilahiyyatçı Elşad Miriyə müraciət edib. İlahiyyatçı bildirib ki, burada əsas məsələ insanın niyyəti və məqsədindən asılıdır:

“Əgər bir adam həqiqətən hər hansı məqsəd üçün bunu edirsə, məqsədinə çatar, amma savabı olmaz. Sırf Allahın razılığını qazanmaq, başqalarını da bu işi təşviq etmək üçündürsə, bu gözəl bir haldır. Digər deputatlara, tanınmış insanlara cığır açmasına səbəb olursa. gözəl əməldir. Yenə deyirəm, başqa bir niyyəti varsa, onu bilən Allahdır. Bundan savab yox, göstəri qazana bilər. Allah “Quran”da da buyurur ki, vay olsun o namazqılanlara ki qıldıqları namazlardan xəbərsizdirlər və göstəri üçün namaz qılırlar. Belələrinin Allahdan qazanacaqları heç nə yoxdur. Əgər niyyəti safdırsa, savabını qazanır, başqa niyyəti varsa, Allah da ona uyğun davranar”.

Xatırladaq ki, deputat öz “Facebook” səhifəsində iftar verdiyi haqda məlumatı və fotoları ödənişli reklama qoyub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600