Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusu reallaşdı - FOTO

Hadrut (Ağoğlan) qəsəbəsini işğaldan azad etdikdən sonra əsgərlər yaşayış məntəqəsinə daxil olarkən bir əsgərin “Sən Allah o Mercedesi aparaq, ikiqapılı, xəyalım olub mənim” deyən hərbçimizin xəyalı reallaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Belə ki, iş adamı Fərid Novruzi yayılan videoda əsgərin xəyalını diqqətdə saxlayaraq ona hədiyyə edəcəyini bildirib:

“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salamat evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028 də Xocavəndin avtomobil seriyasıdır”, – deyə, iş adamı qeyd edib.

www.yenicag.az

247