Hakan Fidan suriyalı həmkarı ilə telefon danışığı apardı

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, telefon danışığında Suriyada baş verən yerli münaqişə məsələsi müzakirə olunub.

Danışıqlar zamanı Fidan Türkiyənin Suriyada sabitliyin və sakitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu bildirib.

Fidan danışıq zamanı Türkiyənin Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə dəstəyini vurğulayıb, bölgədəki prosesləri yaxından izlədiklərini bildirib.

Nazir Fidan, həmçinin İsrailin bölgədəki müdaxilələrinin qəbuledilməz olduğunu qeyd edərək Netanyahu hökumətinin regional sabitliyə və Suriya xalqının gələcəyinə təhdid yaradan addımlarına son qoymalı olduğunu vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa