Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hakerlər “Reytinq” qəzetinə qarşı təxribat törədiblər

1478081881_15-2“Reytinq” qəzetinin saytına (reytinqinfo.az) hakerlər tərəfindən təxribat törədilib. Hakerlər, hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə bağlı adəçəkilən sayta təhqiramiz yazı yerləşdiriblər.

Bu barədə mia.az-a açıqlama verən “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, həmin təxribatçı yazı səhər saatlarında başqaları tərəfindən sayta yerləşdirilib və facebookda paylaşılıb.

A.Mirzəbəyli onu da əlavə edib, yazı dərhal saytdan silinib. Onun sözlərinə görə, texniki əməkdaşlar bu yazının sayta hansı yolla yerləşdirildiyini araşdırırlar.

www.yenicag.az

250