!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hakimliyə namizədlər üçün imtahan keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

DİM-dən Yeniacg.az-a verilən məlumata görə, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 93 namizəd iştirak edib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi Dövlət İmtahan Mərkəzində, özünün qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

www.yenicag.az

135
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100