!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Haray, haray, bir türk ölür…

!Reklam – Yazi

41792_guneyquzey50 gündən çoxdur aclıq aksiyası keçirən güneyli fəal Murtaza Muradpur dünya mətbuatının gündəmindən düşmür. Onun başına başına gətirilənlər insan haqlarını müdafiə edən təşkilatların diqqət mərkəzindədir. Bəs bu tayda vəziyyət necədir?

Partiyalar, milli azadlıq hərəkatının şinelindən çıxan siyasi liderlər soydaşımızın verdiyi tarixi mücadiləni gündəmdə saxlamaq üçün hər hansı addım atırmı? Əbülfəz Elçibəyin sağlığında müxalif partiyaların, demokratik düşərgənin vazkeçilməz prinsiplərindən olan Güney mövzusu gündəlik siyasi qovğaların fonunda arxa plana keçməyib ki? Adında “Bütöv Azərbaycan” sözü olan, nizannamələrində Güney məsələsini qabardan təşkilatlar Murtaza Muradpurun haqq savaşına dəstək olurlarmı? Onun səsinə səs verirlərmi?

Muradpurun tələbi niyə yerinə yetirilmir?
4a4d63b450e3

Məlumat üçün qeyd edək ki, 29 yaşlı Murtaza Muradpur insan haqları müdafiəçisi və milli fəal olaraq İranın türklərə qarşı siyasətinə mədəni şəkildə etiraz etdiyi üçün bir neçə dəfə saxlanılıb. Sonuncu dəfə is 2009-cu il mayın 22-də mədəni yürüyüşdə tutulub.

Prosesin kökü İran rejiminin yanlış siyasət yürüdərək Urmiya gölünü qurutmasına və digər məsələlərə qarşı keçirilən etiraz aksiyalarına gedib çıxır. Bu hadisəyə görə rejim aktivistə 3 il həbs cəzası verib: 1 ili sistemə qarşı təbliğata, 2 ili isə milli təhlükəsizliyə qarşı toplaşmaq və hiylə işlətməyə görə. Muradpur İran Cəza Qanununun 134-cü maddəsinin tətbiq edilməsini və azadlığa buraxılmasını istəyir, ancaq onun tələbi yerinə yetirilmir.

Belə ki, iki maddə ilə ittiham edilmiş bir şəxsin daha uzun həbs müddətini çəkdikdən sonra azad edilməsini təsbit edən bu maddə tətbiq edilərsə, Murtaza Muradpur azad oluna bilər. Onun barəsində verilmiş 3 illik azadlıqdan məhrumetmə cəzasının isə iki ili artıq bitib. Murtazanın vəkilinin sözlərinə görə, onun azad edilməməsinin səbəbi siyasi fəallarla bağlı verilən qərarlara qanunla deyil, siyasi sifarişlə baxılmasıdır. Təbriz Milli Kəşfiyyat İdarəsi məhkəmə qərarına müdaxilə edərək Murtaza Muradpuru həbsdə saxlayır.

Murtaza Təbrizin mərkəzi zindanında saxlanılır və haqsız olaraq həbs edilməsinə etiraz olaraq 56 gündür aclıq aksiyası keçirir və səhhətində ciddi problemlər yaranıb. Bu problemlər onu ölüm təhlükəsiylə üz-üzə qoyub.

İran türk millətinə gözdağı vermək istəyir: bacara bilirmi?
11b6ec931631

İran Rejiminin məqsədi isə Muradpur kimi fəalları əzmək, qorxutmaq və milli mübarizədən çəkindirməkdir. Bu isə özlüyündə türk millətinə gözdağı vermək, onların milli kimliklərinin və haqlarının üstündən xətt çəkmək məqsədi daşıyır.

Bu siyasətin nəticəsidir ki, Muradpura dəstək məqsədi ilə Təbriz məhkəməsinin qarşısında etiraz aksiyası keçirərək onun azadlığa buraxılmasını tələb edənlər fəallar da saxlanılıb.

Amnesty İnternational İran hökümətindən Murtaza Muradpur da daxil olmaqla, fəalların dərhal azad edilməsini istəyib. Təşkilat onları “vicdan məhbusu” kimi tanıyıb.

Mənim soydaşım orda niyə ölüm ayağındadır?

750d76346f0d
Bütün bu proseslərin baş verdiyi bir vaxtda Arazın bu tayında biz nə edə bilərik, nəyi etmirik və niyə etmirik? Bu sualı əlimiz çatan aidiyyəti şəxslərə ünvanladıq, əlimiz çata bilməyənlərin isə susqunluğu yenə pozulmadı…

Hazırda Türkiyədə olan “Bütöv Azərbaycan Birliyi”nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli bu məsələdə dövlətin güc ortaya qoymasının nəticə verəcəyini bildirir. Onun sözlərinə görə, Murtaza İranda yaşayan bütün soydaşlarımızın haqqı uğrunda mübarizə aparır: “Bəs Azərbaycan höküməti niyə İran səfirini çağırıb soruşmur ki, mənim orda bir soydaşım niyə ölüm ayağındadır? Bircə dəfə soruşsa, inanın ki, ciddi nəticəsi olar.

Mən Türkiyədə keçirilən konfranslarda bu məsələləri dilə gətirirəm. Bu ayın 21-ində ve 30-unda d iki böyük konfransımız olacaq, orda da dilə getirəcəyik. Ancaq bu işə dövlətimiz əl atmalıdır. Bizim gücümüzlə dövlətin gücü bir deyil”.

Təbii ki, istənilən məsələdə dövlətin və ayrılıqda şəxslərin gördüyü iş eyni səviyyədə və gücdə olmur. Ancaq bu kimi milli məsələlərdə şəxslərin yaxasını kənara çəkməsi nə dərəcədə doğrudur? Bu yanaşmayla millət olmaq olarmı, bütöv olmaq olarmı?
452ba4b7e58f

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da mətləbə doğru “uzaq”dan gəldi: “Biz heç Güneydə yaşayan soydaşlarımızın milli kimliyini və onların mübarizəsini belə düzgün qiymətləndirə bilmirik. Onlar “Haray, haray, mən türkəm” deyir, biz isə onlara deyirik ki, siz də bizim kimi azərbaycanlısınız. Bu mübarizəni aparanları yolu təqdirəlayiq və şərəflidir. Onların sağlamlığı bizə və millətimizə lazımdır. Ona görə də aclıq aksiyasını saxlamaq lazımdır. Çünki o, mübarizədə artıq qalibdir. Biz də onlarla birlikdəyik”.

Həmsöhbətimiz deyir, hər kəs millətçi ola bilməz, amma… “Hər kəsi onlar kimi olmamaqda da qınamaq olmaz, çünki bunun liberalı var, solçusu var, liberal demokratı var. Ancaq bütün cəmiyyət bilməlidir ki, Azərbaycanda və elə bütün dünyada yalnız sağçıların, milli demokratların hesabına millətlərözlərini təsdiq edə bilirlər. Millətçilərə sahib çıxmaq lazımdır. Onsuz da millət, Allah sahib çıxacaq onlara, sadəcə, bu işi görməli olanlar sonda qınanacaqlar.

İran rejimi Yaradana, yaradılana, İslama, haqqa qarşı olan bir rejimdir. İran Anti-İslam Təşkilatının səfirliyinə də bu adı biz vermişik və həmişə səfirlik qarşısında piektlərimiz olub. Sadəcə, konkret olaraq Murtuzayla bağlı hər hansı etiraz tədbirimiz olmayıb”

Söhbət də ondan gedir ki, biz Murtuza üçün heç nə etmirik…
86a3ed69371f
“Müsavat” başqanının müavini Yadigar Sadıqov Murtuza Muradpurun həbsinin ölkəmizdə yetərincə ictimailəşməməsini nöqsan olaraq görür: “Bu, bizim səhvimizdir. Təəssüf, öz ölkəmizdə o qədər problemlər var ki, cənubdakı soydaşlarımızı unutmuşuq. Bizim bu problemi gündəmə çıxara bilər, İran səfirliyinə etiraz bildirə bilərik.
Onu da deyim ki, Müsavat Partiyası Divanının dünənki iclasında Murtaza Muradpurun saxlanıldığı həbsxanada ölüm aclığı nəticəsində komaya düşməsi haqda məlumat dinlənilib və Müsavat Partiyası adından İran İslam Respublikası hakimiyyətindən soydaşımıza qarşı insani davranış və ədalətli məhkəmə tələb edilib”.

Biz narahat oluruq, suallar qoyuruq, amma təəssüf ki, istədiyimiz cavabı ala bilmirik. Çünki ortada problemi aradan qaldırmaq üçün görülən və haqqında danışa biləcək konkret iş yoxdur. Nəinki iş, heç söz də yoxdur… Nəticədə isə soydaşımız Təbriz zindanında ölümə daha da yaxınlaşır. Bizi onun ölümü dəmi qorxutmur? Nəyi gözləyirik? İranın daha bir türkün sonuna çıxmasıyla arzusuna yetirməyi? Elə türk qardaşlarımız demiş, yazıq, çox yazıq, Muradpura da, bizə də, bütün türk millətinə də…
Pozun bu sükutu. Bağırın ki, haray, haray, bir türk ölür… Qoymayın o türkü ölməyə!

P.S: Ümid edirik ki, bu haraydan sonra Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi bu məsələni dövlət qarşısında qaldıracaq…

Yenicag.az

COP29

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv