Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.