!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

!Reklam – Yazi

Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən xəbərə görə, Günəş küləyinin sürəti maksimum 681 km/san ololub.

Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir.

18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv