!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hazır evlər ola-ola jurnalistlərin kirayədə yaşaması...” - Seymur Verdizadə ÇAĞIRIŞ ETDİ

!Reklam – Yazi

“Tikintisi çoxdan başa çatmış mənzillərin bağlı qapıları jurnalistlərin üzünə açılmalıdır”.

Bu fikirləri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 3-cü binanın nəhayət, media mənsublarına paylanılmasının vacibliyini diqqətə çatdıran Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

Dövlət başçısının 19 iyul 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Bayılda jurnalistlər şəhərciyində inşa olunan üçüncü binanın istifadəyə tam hazır olduğunu xatırladan JAM sədri həmin mənzillərin öz sahiblərinə – ehtiyacı olan jurnalistlərə verilməsinin vaxtı çatdığını bildirib:

“Hazırda ölkədə evi olmayan, o cümlədən mənzil şəraiti xeyli ağır olan çox sayda jurnalist var. Əgər hazır mənzillər varsa, niyə onlar ehtiyacı olan media nümayəndələrinə paylanılmamalıdır? Jurnalistlər cəmiyyətin həyatında əvəzsiz rol oynayır. Azərbaycan dövləti bunu nəzərə alaraq, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir.

Cənab Prezidentin sərəncamı ilə Bayıl qəsəbəsində jurnalistlər üçün 3 binanın tikilməsi bu layihənin tərkib hissəsidir. Tikintisi çoxdan başa çatmış mənzillərin bağlı qapıları jurnalistlərin üzünə açılmalıdır. Hazır evlər ola-ola jurnalistlərin kirayədə yaşaması anlaşılan deyil. Bu məsələ tezliklə öz həllini tapmalıdır”.

A.Zeynalov

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv