!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HDP-nin bağlanma prosesində YENİ GEDİŞAT: PKK-nın siyasi qanadını hansı aqibət gözləyir?

!Reklam – Yazi

Türkiyənin Konstitusiya Məhkəməsi Baş Prokurorluğun HDP-nin bağlanması ilə bağlı bu il iyunun 21-də hazırladığı 2-ci ittihamnaməni qəbul edib.

Yenicag.az odatv.com-a istinadən xəbər verir ki, 843 səhifəlik 2-ci ittihamnamədə HDP-nin 451 üzvü haqqında siyasi məhdudiyyətlər tələbi yer alıb.

İttihamnamənin iyulun 9-da HDP-yə təqdim olunması ilə sonuncu üçün 60 günlük müdafiə müddəti başlayıb.

Bununla belə, HDP avqustun 11-də məhkəməyə müraciət edərək, müdafiə müddətinin 60 gündən 90 günə qədər uzadılmasını istəyib. Məhkəmə bu müraciətə hələ cavab verməyib.

HDP-nin müdafiə təqdimatından sonra dövlət ittihamçısı Bekir Şahinin ittiham, cavabdeh tərəfin isə müdafiə çıxışı dinləniləcək. Bundan sonra hazırlanacaq xüsusi raport Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

HDP-nin bağlanması haqda ittiham üzrə araşdırmadan sonra yekun qərarı 15 nəfərlik Konstitusiya Məhkəməsi verəcək. Qərar 2/3 səs çoxluğu ilə qəbul olunacaq.

Gözləntilərə əsasən, Konstitusiya Məhkəməsi HDP-nin ya tamamilə bağlanması, ya da sadəcə, dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması haqda qərar verəcək.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv