Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həbs olunan "Azərxalça" ASC-nin sədri Vidadi Muradov kimdir? - DOSYE

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov həbs olunub.

Yenicag.az Qaynarinfo-ya istinadla xəbər verir ki, xalçaçı-ekspert, tarix elmləri doktoru olan Vidadi Aydın oğlu Muradov eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür.

O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub.

1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb.

1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib.

“Yeni Azərbaycan” Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

www.yenicag.az

236