Həbs olunanların sayı 9-a çatdı

media-hightechnic-468x90

9860876afb5ef9228b61fc92ec2478cedfABŞ-ın tələbi ilə İsveçrədə korrupsiya ittihamı əsasında həbs olunan FİFA nümayəndələrinin sayı 9-a çatıb.

Həbs olunan şəxslər aşağıdakılardır: Vitse-prezidentlər Ceffri Uebb və Euhenio Figeredo, FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Cek Uorner, Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leos. Bundan başqa, FİFA-da idman marketinqi ilə məşğul olan Alexandro Burzako, Aaron Devidson və Mariano Cinkis, eləcə də qanunsuz sövdələşmələrdə vasitəçi olduğu bildirilən Xose Marqulisə qarşı da ittiham irəli sürülüb. İttiham olunanların arasında FİFA prezidenti Yozef Blatterin adı yoxdur.

Əməliyyat Sürix şəhərindəki beşulduzlu otellərin birində keçirilib. Saxlanılanların istintaq hərəkətlərinin aparılması üçün ABŞ-a ekstradisiya olunacaqları gözlənilir.

Qeyd edək ki, iş üzrə istintaq ABŞ-da aparılır. Cinayət işi barədə ABŞ-ın baş prokuroru Loretta Linç, Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Ceyms Komi və ABŞ Vergi Xidmətinin kriminal şöbəsinin rəhbəri Riçard Ueber tərəfindən Bruklində (Nyu-York) keçiriləcək mətbuat konfransında rəsmi açıqlama veriləcək. ABŞ xüsusi xidmət orqanlarının onillər boyunca FİFA-dakı rüşvətxorluq və korrupsiya ilə bağlı təhqiqat apardıqları və FİFA-nın amerikalı üzvü Çarlz Bleyzerin istintaqla əməkdaşlığa razı olmasından sonra konkret sübutlar əldə etdikləri və hərəkətə keçdikləri bildirilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600