!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbs olunduğu iddia edilən dekandan xəbər var - FOTOFAKT

!Reklam – Yazi

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyevin həbs edilmə xəbəri yayılıb.

Yenicag.az xəbər verir ki, Əmir Əliyev haqqında deyilənlərin əsassız olduğunu sübut edib.

Əmir Əliyev özünün sosial şəbəkə hesabından bunları yazıb:

“Dünən və bu gün mənim haqqımda bəzi tamamilə yalan və iftira xarakterli informasiyalar yayılmışdır! İlk növbədə bildirirəm ki, mən həmişəki kimi 25 ildir vicdanla çalışdığım Bakı Dövlət Universitetinin Hüquq fakültəsində iş başındayam. Həmişə Azərbaycan dövlətinə və xalqına xidmət etmişəm və bundan sonra da edəcəyəm!

Həmin şəxslərə üz tutub deyirəm ki, xaricdən və onların daxildəki əlaltıları tərəfindən bəzi belə öyrədilmiş informasiyalarla cəmiyyəti çaşdıra bilməzsiniz! Nahaqdan əziyyət çəkirsiniz. Boş vaxtlarınızı təxribatlara yox, xalqa xidmətə sərf edin!”

Qeyd edək ki, Əmir Əliyevin həbs edilməsi xəbəri Abel Məhərrəmovun işdən azad edilməsindən sonra yayılıb.

 

www.yenicag.az

6685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv