Həbsdən çıxan şəxs dayısını öldürdü - VİDEO

media-hightechnic-468x90

Xətai rayonu, 8 Noyabr küçəsində baş verən qətl hadisəsi ilə bağlı yeni detallar məlum olub.

Yenicag.az xəbər verir ki, 32 yaşlı Rəhim Qasımov dayısı, 60 yaşlı Firdovsi Həsənovun evinə gəlib. Bu zaman dayı ilə bacısı oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Qasımov kəsici alətlə dayısına xəsarət yetirib.

F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qonşuların sözlərinə görə, mərhum bacısı oğlunu çox istəyirmiş.

“Rəhim cinayətə görə həbsdə idi, bu yaxınlarda azadlığa çıxmışdı. Azadlığa çıxan kimi dayısını öldürdü. Mərhum TIR sürücüsü idi”, – deyə qonşulardan biri bildirib.

Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rəhim Qasımov saxlanılıb.

Ətraflı Baku TV-nin süjetində:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa