Avstraliyanın Darvin şəhəri yaxınlığındakı yeniyetmələrin saxlanıldığı cəzaçəkmə müəssisəsində üsyan baş verib.
Yenicag.az xəbər verir ki, bir qrup yeniyetmə qiyam qaldıraraq iki əməkdaşa hücum ediblər.
Qalın tüstü çıxdığı müəssisənin alova büründüyü görünür, oradan çığırtı səsləri gəlir. Hadisə yerinə 16 polis avtomobili cəlb olunub.
“Sky News” telekanalının məlumatına görə, əllərində bıçaq və yandırıcı maye tutan yeniyetmə dustaqlar cəzaçəkmə müəssisəsini ələ keçiriblər.