Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Heç bilirdinizmi “tutulma” nədir?” - Baş Prokurorluqdan VİDEOÇARX

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsbd edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi “tutulma” nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilmişdir.

Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

 

www.yenicag.az

227