“Heç biri fundamental dəyişiklik deyil”

media-hightechnic-468x90

50137Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun layihəsini müzakirə zamanı çıxış edib.

Deputat bu dəyişikliyə ciddi ehtiyac olmadığını bildirib:” Heç biri fundamnetal dəyişiklik deyil. Azərbaycanda kifayət qədər ononim sözlər var. Əgər məhkəmə düzgün olmayan qərəzli informasiyaya görə bir dəfə cəzalandırıbsa, ikinci dəfə cəzalandırıla bilməz. Bu doğru praktika deyil. Məhkəmə bir hadisəyə görə bir dəfə hüquqi qərar çıxara bilər. Hüquqi praktikada belə hal yoxdur. Məhkəmə birinci qərarında bunu edə bilər. Niyə 3 dəfədən 2 dəfəyə endirilir? Praktikada bundan istifadə olunubmu? Praktikada belə bir qəzet, agentlik, portal göstərə bilərsinizmi , məhkəmə 3 dəfə cəza çıxarsın ki, indi bunu 2 dəfəyə endirilir? Belə bir hal yoxdur. Burada məqsəd, məram nədir? Nəyə xidmət edir? Bunu edənlər Azərbaycanın beynəlxaq aləmdə və qanunvericilik sahəsində nüfuzunu nəzərə almırlar. Heç nəyə yaramır. Sadəcə olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna zərbə olacaq. Hamı deyəcək ki, Azərbaycan KİV qanuna mürtəce dəyişiklik edib. Kim müdafiə edib ortaya çıxarırsa, heç bir tutarlı arqumentləri yoxdur. Qanun qəbul olunmamalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600