“Həm ziyarət, həm ticarət” filmini izləməyən yəqin ki, yoxdur.
Bir çox maraqlı və ibrətamiz məsələlərə toxunulmuş filmdə ənyaddaqalan səhnələrdən biri də Mustafanın hamamda, güzgüqarşısında Allaha etdiyi yumoristik duası idi. Həmin obrazı, filmi bizə sevdirməkdə az rolu olmayan, yaddaşımızda həm dəşəkili müəllim kimi qalan Xalq artistimiz Hacı İsmayılov olub.
Odur ki, elə filmin qəhrəmanı ilə həm filmdəki obrazından, həmsovet və müasir dövrün lotereyaları haqqında söhbət etdik. Xalqartisti öz şəxsi təcrübəsini bizimlə bölüşərək, lotereyanın şans, taleyin oyunu və həyatımıza təsiri haqqında maraqlı fikirlərinibölüşdü. Bəs, bir bilet, həqiqətən də, insanın həyatını dəyişəbilərmi? Bu maraqlı mövzuda görkəmli teatr və kino aktyoru iləolan söhbətimizi təqdim edirik.
“Heç olmasa lotereyadan bir bilet al da!”
1994-cü ildə film çəkiləndə mən o səhnəyə xüsusi diqqətyetirməmişdim. Həmin səhnə iki hissədən ibarət idi. Mən təklifetmişdim ki, əvvəlcə mayka ilə, daha sonra isə pencək vəqalstukla çəkiliş edək ki, sanki müxtəlif vaxtlarda baş verənhadisələr kimi görünsün. Lakin kamera aşağı enəndə görünür ki, Mustafa hamamda məşq edir, lotereya ilə bağlı danışır və çoxgözəl də deyir:
“Sənə qurban olum, ay Allah, nolar, elə elə mən bir lotereya iləmaşın udum. Bir ay keçir, amma yenə də maşın olmur. Sonra Əhmədiyyə yenidən Allaha yalvarır:
“Ay Allah, mən sənə nə etmişəm, nolar, bir maşın nə olan şeydirki, sən onu mənə qıymırsan?!” Axırda Allah dözmür vəyuxarıdan cavab verir:
“Ay Əhmədiyyə, sənə qurban olum, mən səni çox istəyirəm, sənəkömək eləmək istəyirəm. Amma sən də heç olmasa mənə köməkelə də – heç olmasa lotereyadan bir bilet al da!”
Bu səhnə tamaşaçılar tərəfindən çox bəyənildi və illər keçsə də, hələ də dillərdən düşmür.
“İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm”
Gənclik illərimdən lotereyaya böyük marağım olub. Sovet dövründə 30 qəpiklik lotereya vardı və o zaman üçün çox yaxşı bir lotereya idi. Hardasa 200-300 nəfər bu lotereyadan xeyir götürürdü. Uduşlar arasında müxtəlif məbləğlər vardı – 5, 10, 100 manat kimi pul mükafatları, məişət texnikalarından – ətçəkən maşın, radioqəbuledici və hətta avtomobil də uduş siyahısına daxil idi.
Yadımdadır, bir dəfə 30 qəpiklik lotereya almışdım və yoxlayanda məlum oldu ki, radioqəbuledici udmuşam. Adı “Rigonda Mono” idi. Lotereya bir şansdır və gərək bu şansdan istifadə edəsən.
Sovet dövründə müxtəlif təşkilatlarda və idarələrdə lotereya oyunları keçirilirdi və onların bir çoxunda aparıcı olmuşam. O vaxtlar “5/36” lotereyası da məşhur idi. Bir dəfə yazdığım rəqəmləri dəyişməsəydim, beş rəqəm udacaqdım. İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm. Odur ki, mən həmişə məsləhət görürəm – lotereyada seçdiyiniz rəqəmləri dəyişməyin!
“Bir lotereya bileti ilə insanın taleyi dəyişir”
Bəziləri doğum tarixi, yaşadığı ünvan və ya xoşladığı rəqəmləri seçir. Ümumiyyətlə, mən rəqəmlərə inanan insanam – istər doğum tarixi, istərsə də yaşadığımız illər olsun, bunlar insanın taleyini müəyyən qədər formalaşdırır. Lotereyanın gözəl tərəfi isə odur ki, insan bu rəqəmlərlə öz taleyini dəyişə bilər.
“Lotereyadan 300–400 manat udmuşam”
“4+4” lotereyasını çox xoşlayırdım, bir müddət oynayırdım və udurdum da – 300-400 manat. Amma lotereya həmişə bir şansdır. Uda da bilərsən, uduza da. Elə məbləğ uda bilərsən ki, həyatın tamamilə dəyişər. Bu, insanlara verilən bir şansdır, bir fürsətdir ki, bəxtlərini sınasınlar. Heç olmasa, adama bir dənə lotereya bileti alsınlar, vəssalam!
www.yenicag.az