ABŞ - İran arasında növbəti nüvə təhdidi: QARŞIDURMA TƏHLÜKƏSİ
“İran nüvə silahına sahib olmaq istəsəydi, prosesi sona çatdırıb, sonra elan edərdi”.
Bu fikirləri siyasi şərhçi Əhəd Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırkı vəziyyətdə İran ilə ABŞ arasında uzunmüddətli qarşıdurma proqnozlaşdırılmır:
“İran və ABŞ arasındakı təmaslar uzun illərdir davam edir. ABŞ-yə İranla müharibə lazım deyil. Ola bilər ki, yenə rəsmi Vaşinqton qonşu ölkələrə zərbələr endirsin və qələbəsini bəyan etsin. İki ölkə arasında müharibənin əsas təməli quru əməliyyatlarıdır. Yəni, tələflərin bir-birinə raket atması irimiqyaslı müharibə demək deyil. Ola bilər ki, İsrail ABŞ-ni İrana zərbələr endirməyə məcbur etsin. Amma bu, davamlı olmayacaq. Fikrimcə, İran da ABŞ ilə danışıqlarda maraqlıdır. Rəsmi Tehranın nüvə silahı əldə etməsi ilə bağlı bəyanatları həm həqiqət, həm də blef ola bilər. İranın məqsədi ABŞ-ni danışıqlar masasına qaytarmaqdır. Dediyim kimi, atom bombasını əldə etmək istəyən ölkə bunu səssizcə edər, sonra hamıya açıqlayar”.
Məlik Məlikov












