Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1349-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 94 732 PUA-sı, 635 zenit-raket kompleksi, 25 823 tank və digər zirehli texnikası, 1 609 reaktiv yaylım atəş sistemi, 31 035 artilleriya və minaatanı, 45 652 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.












