Gömrük qaydalarını pozan şirkət cərimələndi

media-hightechnic-468x90

“ARCEL” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib. 

Yenicag.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsilə iddası ilə irəli sürülüb. İşə məhkəmədə baxılıb.

Məhkəmənin hökmü ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsilə təqsirli bilinib və barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə olunur./Qaynarinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa