"Hədəf qarışıqlıq yaratmaqdır": Yeşim Eryılmazdan təyyarə qəzası ilə bağlı FƏRQLİ REAKSİYA

media-hightechnic-468x90

“Şayiələr bölgədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin maraqlarına xidmət edir”

Bu fikirləri Yenicag.az-a verdiyi açıqlamasında Türkiyəli siyasi şərhçi Yeşim Eryılmaz deyib.

media-ryg7djms_400x400

O, baş verən təyyarə qəzasından sonra müxtəlif güclərin Türkiyə və Azərbaycan münasibətlərini pozmaq üçün öz maraqları naminə istifadə etməsindən danışıb. Siyasi şərhçi bildirib ki, bu qəza hamımız üçün çox ağır bir itki oldu.

“Təyyarənin guya Azərbaycan və ya Rusiya tərəfindən vurulması ilə bağlı səslənən iddialar məntiqli görünmür. Azərbaycan artıq Cənubi Qafqazda güclü mövqeyə sahibdir. Qarabağda qazandığı qələbədən sonra bölgədə strateji balans yaradıb. Belə vəziyyətdə Azərbaycanın Türkiyəyə qarşı bu cür addım atması öz maraqlarına ziddir,” – deyə o vurğulayıb.

Yeşim Eryılmaz əlavə edib:

“Belə şayiələr daha çox bölgədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin, xüsusilə İsrail və onu dəstəkləyən ABŞ kimi dövlətlərin maraqlarına xidmət edir. Əgər Avrasiyanın enerji yollarını, Asiya və Qərbi Asiyanın geosiyasi düzənini düzgün oxumasaq, baş verənlərin səbəblərini də anlamaqda çətinlik çəkərik.”

Hazırda Avrasiyanın müxtəlif bölgələrində – Balkanlarda, Qafqazda və Orta Asiyada artan gərginliklər təsadüfi deyil. ABŞ-ın Ermənistan üzərindən bölgəyə nüfuz etmə cəhdləri, Rusiyanın Ukraynada məşğul edilməsi, Avropa Birliyinin enerji təhlükəsizliyi baxımından Asiya ölkələrinə daha çox ehtiyac duyması, Çin–Pakistan strateji tərəfdaşlığı kimi amillər yeni güc balansı formalaşdırır.

Enerji, su ehtiyatları və ticarət yollarına nəzarət etmək istəyən imperialist qüvvələr həmin bölgələrdə tez-tez gərginlik və sabotajlar yarada bilərlər. Dollar sisteminin zəifləməsi ilə qlobal rəqabət daha da kəskinləşir və bu şəraitdə hər cür təxribat ehtimalı nəzərə alınmalıdır.

21-ci əsr artıq Avrasiyanın yüksəliş dövrüdür. Burada formalaşan yeni güc mərkəzləri, yəni Çin, Rusiya, Türkiyə və Türküstan dövlətləri qlobal nizamın müəyyənləşdirilməsində əsas rol oynayır. ABŞ və İngiltərənin bölgədə təsir yaratmaq üçün İsraili ön plana çıxarması, bəzi ölkələri Qərbin siyasəti ilə hərəkət etməyə yönəltməsi yaxın illərdə daha çox təxribat və spekulyasiyaların şahidi olacağımıza işarə edir.

Bir sözlə, indi əsas məsələ kimin yanımızda olduğunu düzgün müəyyənləşdirmək və strateji tərəfdaşlarımızla ortaq mövqedə dayanmaqdır. İranın da müəyyən dərəcədə bölgədə rolu var, lakin Avrasiyanın əsas dayağı Çin–Rusiya–Türkiyə–Türküstan xəttindən ibarət olacaq. Bu ittifaqı parçalamaq isə heç də asan deyil”, – deyə Yeşim Eryılmaz fikrini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa