Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib

media-hightechnic-468x90

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.

Yenicag.az  xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev dövlət başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib.

Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.

Sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlər barədə məlumatlar təqdim edilib.

Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa