"Yeni mübarizə ocağı Türkistandır" – Güngör Yavuzaslan Qazaxıstanın siyasi addımını ŞƏRH ETDİ/VİDEO

media-hightechnic-468x90

 

Qazaxıstanın ABŞ və İsrailin “İbrahim Anlaşması”na (Abraham Accords) qatılması böyük şok effekti yaratdı.

Bu anlaşmaya qoşulmaq Qazaxıstana nə qazandıracaq? Bölgədə güclər balansı hansı istiqamətə doğru dəyişəcək?

Yenicag.az-a danışan Türkiyənin siyasi şərhçisi Güngör Yavuzaslan hesab edir ki, Qazaxıstanın bu addımı regional deyil, qlobal güc balansına təsir edəcək:

media-416562340_724590736444606_6606689328815579588_n

“Qazaxıstanın Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fəs və Sudandan sonra “İbrahim Anlaşması”na qatılması regional deyil, daha çox qlobal və Rusiya ilə Çinə qarşı atılmış bir addımdır. Artıq Asiyada Rusiya və Çinə qarşı ABŞ ilə İsrailin birgə hərəkət etdiyini və bunun şifrəsinin də “İbrahim Anlaşması” olduğunu görürük. Qazaxıstanın bu anlaşmaya daxil olması yeni ölkələrin də bu prosesə qatıla biləcəyinin işarəsi sayıla bilər. Qazaxıstanın bu anlaşmaya qatılması da regional deyil, qlobal proseslərə təsir edəcək”.

Güngör Yavuzaslan hesab edir ki, “ABŞ-ın Asiyada təsir gücünü artırması Rusiya və Çinə ciddi addımlar atmağa məcbur edəcəkdir. Ən son Azərbaycanın da qatıldığı Orta Asiya ölkələri toplantısı və Tokayevin Rusiya səfəri əslində hadisənin şifrələrindən xəbər verir. Qlobal bir mübarizə gedir. Qazaxıstan qısa müddətdə ciddi investisiyalar qazanacaq, ancaq uzun müddətdə Rusiya və Çinin yeni bir təzyiq mexanizmi ilə üz-üzə qalacaq. Tokayev burada balansı necə qoruyacaq? Özbəkistan və digər türk cümhuriyyətləri Qazaxıstanı izləyəcək? Artıq qlobal mübarizə sadəcə Ukrayna xəttində deyil, Asiyada da gedəcək. Yeni mübarizə ocağı Türkistan coğrafiyasıdır”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa