F-35 pərdəsi ARXASINDA: "İranın hərəkəti balansı ALT-ÜST EDƏCƏK"

media-hightechnic-468x90

“İran gələcəkdə nüvə silahına sahib olarsa, Səudiyyə Ərəbistanı da nüvə silahını əldə etmək istəyəcək.”

Bu fikirləri politoloq Kazım Kazımov Yenicag.az-a açıqlamasında bildirib.

media-crcf3y1

Politoloq Səudiyyə Ərəbistanının ABŞ-dən F-35 qırıcı təyyarələri almaq istəməsi barədə ABŞ prezidentinin açıqlamasını şərh edib:

“Biz bilirik ki, ABŞ-nin silah ixracı siyasətinə Donald Tramp gəldikdən sonra müəyyən düzəlişlər edilib. Xatırlayırıq ki, Bayden dövründə bu məsələlər daha fərqli idi, lakin Tramp daha çox silah satmaq strategiyasını mənimsəmiş biridir. 1991-ci ildən etibarən Səudiyyə Ərəbistanı ABŞ-dən ciddi şəkildə silah idxal edir. Əvvəllər Səddam Hüseyn təhlükəsini əsas gətirərək Səudiyyə Ərəbistanının silah alışını artırdığını xatırlayırıq. Daha sonra isə Yaxın Şərqdə “Ərəb baharı” dövründə yenidən silah tədarükünün miqdarı çoxaldıldı və son illərdə, xüsusilə İranla yaşanan gərginlik fonunda bu ölkənin yenidən silahlanmaya doğru getdiyini görürük. Həmçinin, Yəməndə aktiv əməliyyatlar davam edir və burada Səudiyyə Ərəbistanı ordusu husilərə qarşı aktiv rol oynayır. Məhz buna görə də Səudiyyə Ərəbistanı yeni silahlara ehtiyac duyur.”

Politoloq “Bu silah alımı Yaxın Şərqdə güc balansına nə dərəcədə təsir edə bilər?” sualına isə belə cavab verib:

“Mən açığı F-35-lərin güc balansını dəyişəcək qədər strateji silah olduğunu düşünmürəm. Doğrudur, əhəmiyyətli və vacib silahdır, amma məsələ ondan ibarətdir ki, İranla Səudiyyə Ərəbistanı arasındakı rəqabət sadəcə F-35 təyyarələrinin dəyişə biləcəyi bir rəqabət deyil. Çünki burada fərqli geostrateji nüanslar var. Xüsusilə nüvə silahına kimin daha tez sahib ola biləcəyi yarışı gedir. Unutmayaq ki, Səudiyyə Ərəbistanının rəsmi olaraq nüvə proqramı olmasa da, əgər İran gələcək illərdə nüvə silahına sahib olarsa, Səudiyyə Ərəbistanı da bunu istəyəcək.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa