Həftənin ilk günü hava necə olacaq?

media-hightechnic-468x90

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600