Həftənin ilk iş gününə olan hava proqnozu

media-hightechnic-468x90

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600