Həftəsonu toylara görə daha 25 nəfər cərimələndi

media-hightechnic-468x90

Dekabrın 18-19-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 076 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, monitorinq 1 054 şadlıq sarayında, 22 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 25 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 355 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600