AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
Yenicag.az xəbər verir ki, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
***23:07
“AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosuna Manqistau vilayətinin akiliyinin mətbuat katibi Gülmira Abışeva məlumat verib.
Onun sözlərinə görə, meyitlərin qohumlarından DNT testləri istifadə etməklə tanınması üçün bir neçə gün ərzində gərgin iş aparılıb.
“Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər”.
www.yenicag.az