Hələb dəhlizi bağlandı
Əsəd qüvvələri Türkiyə ilə Suriya sərhədindəki 4 kilometrlik dəhlizi ələ keçirib.
Yenicag.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Azad Suriya ordusunun döyüşçüləri şəhəri tərk ediblər. Azad Suriya ordusunun komandiri də ötən günlərdə Türkiyədə olub və sözügedən orduda heç kimin qalmadığını bildirib.
2 il sonra yenidən Hələb şəhəri İŞİD-in əlinə keçib.
Türkiyənin Xarici işlər naziri Məvlud Çavuşoğlu məsələyə münasibət bildirib. Nazir açıqlayıb ki, Bəşər Əsəd qüvvələrinin Hələb koridorunun işğalı etməsində məqsədi beynəlxalq yardımın qarşısını almaqdır. Çavuşoğlu 3 milyon insanın Türkiyəyə köçü ola biləcəyini də qeyd edib. Daha sonra bildrib ki, hava zərbəsilə İŞİD-in qarşısını almaq mümkün olmayacaq.
Qeyd edək ki, qüvvələr, şəhəri blokada saxlayaraq ora ərzaq, dərman girişini qadağan edəcək.