!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Həlli Türkiyədən asılı olan BÖHRAN: “NATO-da belə problemli vəziyyətlər əvvəl də yaranıb” - ŞƏRH

!Reklam – Yazi

“Həmin ölkələr uzun müddətdir Türkiyənin bununla bağlı etiraz və xəbərdarlıqlarını nəzərə almırdılar”.

Bu fikirləri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxması ilə əlaqədar alyans daxilində yetişən böhranın mümkün həll yollarını dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin yaranmış vəziyyətdən öz maraqlarını təmin edərək çıxacağı şübhə doğurmur:

“İndiki duruma nəzər saldıqda deyə bilərik ki, mövcud situasiyada böhran kimi görünən vəziyyət NATO tarixində bir neçə dəfə yaşanıb. O cümlədən Türkiyə də NATO-nun genişləndirilməsi, yeni üzvlərin qəbulu məsələsində bir neçə öz maraqlarını qəti şəkildə müdafiə etmək məcburiyyətində qalıb. Bunun ən bariz nümunəsi Yunanıstanın NATO-ya qəbulu zamanı Ankaranın öz şərtlərini irəli sürməsi, onları geniş ölçüdə qəbul etdirməsi olub.

Türkiyə İsveçlə Finlandiyanın NATO-ya götürülməsi üçün bu ölkələrin terrorçu PKK-ya sığınacaq vermək praktikasına son qoymasını tələb edir. Bu, Türkiyənin maraqları baxımından normal və təbiidir. Çünki burada söhbət Türkiyənin təhlükəsizliyinin qorunmasından gedir. Həmin ölkələr isə uzun müddətdir Türkiyənin bununla bağlı etiraz və xəbərdarlıqlarını nəzərə almırdılar.

Qeyd olunanlarla yanaşı, bu fikirdəyəm ki, NATO-nun daxilindəki böhranlı vəziyyət aradan qalxacaq. Diqqət etmisinizsə, Türkiyə rəsmiləri NATO-nun genişlənməsinin əleyhinə olmadıqlarını dəfələrlə bəyan ediblər. Sadəcə sözügedən ölkələrin terrorçulara dəstəyini kəsmələri tələb olunur. Hesab edirəm ki, problem Türkiyənin maraqlarının ya tamamilə, ya da əhəmiyyətli dərəcədə təmin edilməsi şərtilə öz həllini tapacaq”.

A.Zeynalov

www.yenicag.az

208
Ads
www.veteninfo.com
!Reklam – Arxiv