HƏMAS İsraillə bunu birgə müzakirə etməkdə israr edir

media-hightechnic-468x90

Fələstinin HƏMAS hərəkatı İsraillə danışıqların aparılmasının tərəfdarıdır, bu danışıqlarda Qəzza zolağında atəşkəs və saxlanılan girovların azad edilməsi məsələləri müzakirə olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Misir təhlükəsizlik mənbəsinin sözlərinə görə, HƏMAS atəşkəs və girov məsələsinin Qəzzada nizamlama üzrə İsraillə danışıqlarda bir yerdə müzakirəsini təkid edir.

Kanalın həmsöhbətinin sözlərinə görə, hərəkat girovları təhvil verdikdən sonra İsrail tərəfinin yenidən anklavda hərbi əməliyyatlara qayıdacağından ehtiyat edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600