!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"HƏMAS Putinə hədiyyə etdi" - Konstantin Eggertin ŞƏRHİ

!Reklam – Yazi

“HƏMAS Putinə hədiyyə etdi”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı jurnalist və şərhçi Konstantin Eggert köşə yazısında yazıb. O bildirib ki, Kreml Yaxın Şərqdəki eskalasiyadan bir sıra faydalar əldə edəcək.

Eggert HƏMAS-ın İsrailə hücumunun Rusiya hakimiyyətinə hədiyyə sayıla biləcəyi dörd səbəbi qeyd edib:

“1. Gərginlik beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Ukraynaya təcavüzündən Yaxın Şərqə yönəldib. Putin də eskalasiya edə bilər və buna daha az diqqət yetiriləcək.

2. HƏMAS-ın İsrailə hücumundan sonra neftin qiyməti qalxdı. Rusiya rejiminin hərbi istehsalı stimullaşdırmaq, müharibəyə könüllülər cəlb etmək, ölənlərin ailələrinə maaş vermək, dövlət işçilərinə, o cümlədən FTX, ordu və polisə hədiyyələr vermək üçün daha çox vəsaiti olacaq.

3. Moskva özünü guya vazkeçilməz regional oyunçu kimi təqdim etməyə, dünya ictimaiyyətinin gözündə Rusiya rəhbərliyinin və şəxsən Putinin nüfuzunu qismən də olsa qaldırmağa çalışır.

4. HƏMAS-ın İsrailə hücumu ABŞ-dəki ifrat sağçı respublikaçılara, Amerika Konqresində Ukraynaya hərbi yardımı azaltmağın tərəfdarlarına yeni kozır verir.

Bununla belə, İsrail Moskvanın qalan əsas müttəfiqlərindən biri olan İrana zərbə endirərsə, işlər pis gedəcək.

İsraillilərin molla rejimini devirə biləcəyinə əmin deyiləm, lakin onlar onu ciddi şəkildə zəiflətməyə qadirdirlər”.

Xuraman Etibarlı

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv