HƏMAS rəhbərinin ikinci nəvəsi də ÖLDÜRÜLDÜ - FOTO

media-hightechnic-468x90

HƏMAS rəhbərinin ikinci nəvəsi öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Məlumata görə, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin böyük nəvəsi Camal Məhəmməd Haniyə İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində həlak olub.

Camal Məhəmməd Haniyə Qəzza şəhərində bu həftənin əvvəlində dağıdılan binada tapılıb. Onun cəsədi bu gün dağıntılar altından çıxarılıb.

Bundan on gün əvvəl Qəzzada Həmas liderinin digər nəvəsi  Roaa Haniyə də öldürülüb.

İsrail mediası xəbər verir ki, o, tələbə olub və Əl-Buraq məktəbinə sığınıb.

İsrailin hücumunun hədəfi eyni binada olan HƏMAS-ın hərbi qanadının ərazi şirkətinin komandiri Nasser Raduan olub.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600