Həmas terrorçu təşkilatlar siyahısına düşdü
Misirdə məhkəmə Həmas hərəkatı terrorçu təşkilatlar siyahısına daxil edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, yanvarın sonunda başqa bir məhkəmə Həmasın “Briqad Kassama” hərbi bölməsi barəsində analoji qərar çıxararaq, onun fəaliyyətini qadağan edib. Bu barədə BBC xəbər verir.
Misir Həması Sinay yarımadasının şimalında islamçıları dəstəkləməkdə günahlandırır.
Xəbərdə bildirilir ki, Qəzza zolağını öz nəzarəti altında saxlamaqda olan Həmas daha əvvəl Misirdə terrorçu təşkilat elan edilmiş Misir “Müsəlman qardaşları” hərəkatının qoludur.
“Müsəlman qardaşları” təşkilatının fəalları 2013-cü ildə onun liderlərindən biri Məhəmməd Mursi prezident vəzifəsindən devrildikdən sonra Misirdə müntəzəm olaraq təqibə məruz qalırlar.